• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Gürcüstanın Baş naziri Vilayət Eyvazov ilə görüşüb

24.11.2025
İnkişaf, Xəbərlər
Gürcüstanın Baş naziri Vilayət Eyvazov ilə görüşüb
Share on FacebookShare on Twitter

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə rəsmi səfərdə olan Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov ilə görüşüb.

Fortunamag.az xəbər verir ki, Gürcüstan Hökumət Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında səmərəli əməkdaşlığın və strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub.

Bildirilib ki, Gürcüstan və Azərbaycanın hüquq-mühafizə orqanları arasında illər ərzində qurulan uğurlu ikitərəfli tərəfdaşlıq mövcuddur.

Qeyd olunub ki, bu gün iki ölkənin Daxili İşlər nazirlikləri arasında imzalanmış əməkdaşlıq sazişi tərəfdaşlığı gücləndirəcək, xüsusilə cinayətlərin qarşısının alınması, açılması və təqsirkarların müəyyənləşdirilməsi sahəsində birgə fəaliyyətə töhfə verəcək.

Görüş zamanı regionda sabitliyin və davamlı sülhün təmin edilməsinin vacibliyi də diqqətə çatdırılıb.

Görüşdə Gürcüstanın daxili işlər naziri Geka Geladze, Hökumət Aparatının rəhbəri Levan Jorjoliani, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və ölkəmizin Gürcüstandakı səfiri Faiq Quliyev iştirak ediblər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.