“Google” süni intellektin funksiyalarını məhdudlaşdırıb
“Google” şirkəti süni intellektin təqdim etdiyi tibbi məlumatlarda səhvlər aşkarlandıqdan sonra bəzi axtarış nəticələrini silib.
Fortunamag.az “Oxu.az”a istinadən xəbər verir ki, araşdırılan ən təhlükəli nümunələrdən biri “qaraciyər qan analizləri üçün normal diapazon nədir?” sorğusu üzrə qeyri-dəqiq məlumat olub. Süni intellekt istifadəçilərə kontekst olmadan və yaş, cins, etnik mənsubiyyət, habelə digər fərdi amilləri nəzərə almadan yalnız bir sıra rəqəmlər təqdim edib.
Nəticədə “Google” qaraciyər sağlamlığı, xərçəng və ruhi xəstəliklər də daxil olmaqla bir sıra tibbi sorğular üçün süni intellekt xülasəsi funksiyasını deaktiv edib.
