Gömrük yığımlarının məbləğlərində dəyişiklik edilib
Fortunamag.az Azərbaycan Respublikasının Nazirlər Kabinetinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2016-cı il tarixli 168 nömrəli Qərarı ilə müəyyən edilmiş gömrük yığımlarına əlavə olaraq bəzi məhsullar üçün gömrük yığımlarının tətbiq edilməsini nəzərdə tutur. Belə ki, 7213 və 7214 mal mövqeyində təsnifləşdirilən “dəmirdən və ya aşqarlanmamış poladdan çubuqlar”ın (dəmir armaturlar) 1 tonu üçün – 150 manat, müxtəlif nomenklatur kodlar altında təsnif olunmuş şüşə listlərin 1 tonu üçün isə 100 manat gömrük yığımları tətbiq edilir.
Fortunamag.az
