Gimnastımız yenidən beynəlxalq turnirin qalibi olub
Azərbaycanın idman gimnastı Tofiq Əliyev yenidən “FaceOFF” beynəlxalq gimnastika liqasının qalibi olub.
Gimnastika Federasiyasından Fortunamag.az-a verilən məlumata görə, idmançı Danimarkanın Herninq şəhərində keçirilən beynəlxalq liqada fərqlənib.
Tamblinq üzrə dünya çempionatının komanda hesabında qalibi, Dünya Oyunlarının gümüş mükafatçısı “FaceOFF”da ötənilki titulunu qoruyub.
Fortunamag.az
