“Ganja Cup 2025”
13-14 sentyabr tarixlərində Gəncə İdman Sarayında Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası (ASF) və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCC) birgə təşkilatçılığı ilə “Ganja Cup 2025” üzgüçülük yarışı keçirildi. Fortunamag.az xəbər verir ki, Turnirdə 24 klubu təmsil edən 200-dən çox idmançı müxtəlif üslublar və məsafələr üzrə güclərini sınadı.
Yarışın ilk günündə hovuzda gərgin və həyəcanlı mübarizə yaşanmış, üzgüçülər həm bacarıqlarını, həm də peşəkarlıqlarını nümayiş etdirmişdilər. İkinci və sonuncu gündə də maraqlı qarşılaşmalar davam etmiş, idmançılar qalibiyyət uğrunda mübarizəni sona qədər aparmışdılar.
Turnir MDB Oyunlarına hazırlıq baxımından mühüm sınaq olmaqla yanaşı, üzgüçülüyün inkişafına, xüsusilə də bölgələrdə bu idman növünə marağın artmasına dəyərli töhfə vermişdi.
Fortunamag.az
