“Gənclərin Liderlik Akademiyası 4” düşərgəsinə start verilib
Sentyabrın 17-də Quba Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin Liderlik Akademiyası 4” düşərgəsinə start verilib. Fortunamag.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, düşərgə bu il “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.
Tədbir iştirakçıların Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarəti ilə başlayıb, daha sonra düşərgə ərazisində açılış mərasimi təşkil olunub və Dövlət Himni səsləndirilib.
Açılışda Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov və Gənclər Fondunun nümayəndəsi Rüfət Qazızadə çıxış ediblər. Tədbirdə istedadlı gənclər “Yaşa, Azərbaycan” və “Şən Azərbaycan” mahnılarını ifa edib, həmçinin “Naz eləmə” və “Qaytağı” rəqsləri ilə tədbirə xüsusi rəng qatılıb.
Fortunamag.az
