“Gənclərin Liderlik Akademiyası – 4” düşərgəsi
Sentyabrın 17-dən 21-dək Quba Olimpiya İdman Kompleksində Gənclər və İdman Nazirliyi, Gənclər Fondunun dəstəyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İB-in təşkilatçılığı ilə “Gənclərin Liderlik Akademiyası – 4” düşərgəsi keçirilib.
Fortunamag.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, beş gün davam edən düşərgə çərçivəsində gənclər “Sosial təşəbbüskarlıq və ictimai liderlik”, “Effektiv ünsiyyət və konfliktlərin idarə olunması” mövzularında təlimlərdə, eləcə də vəkillərin iştirakı ilə keçirilən “Gənclər üçün hüquqi savadlılıq – Liderliyin təməli” adlı panel müzakirədə iştirak ediblər. Proqram çərçivəsində həmçinin “Parkur Challenge”, “Xəzinə axtarışı”, “Spagetti Qalası”, “Breyn Rinq” kimi komanda oyunları, idman yarışları və müxtəlif konseptli əyləncə proqramları təşkil olunub. Düşərgənin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Fortunamag.az
