• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İdman

Gəncədə MBD bədən tərbiyəsi və İdman Şurasinin İclasi keçirildi

30.09.2025
İdman, Xəbərlər
Gəncədə MBD bədən tərbiyəsi və İdman Şurasinin İclasi keçirildi
Share on FacebookShare on Twitter

Fortunamag.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 29-da Gəncə şəhərində “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının iclası keçirilib.

İclasdan əvvəl iştirakçılar Gəncə şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini və Gəncə Memorial Kompleksini ziyarət ediblər.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək qonaqları salamlayıb. Nazir vurğulayıb ki, Azərbaycanda yalnız peşəkar idmançılar üçün deyil, bütün vətəndaşların idmanla məşğul olması üçün geniş imkanlar yaradılıb. Azərbaycanın istənilən çoxnövlü idman yarışını yüksək səviyyədə keçirmək potensialı mövcuddur. İdman artıq təkcə paytaxt Bakıda deyil, regionlarda da insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Dövlət dəstəyi ilə ölkənin bütün bölgələrində Olimpiya idman kompleksləri, stadionlar və digər iri idman qurğuları inşa olunub və bu proses bu gün də davam edir. MDB Oyunlarının açılış mərasiminin keçirildiyi Gəncə Stadionu, eləcə də boks yarışlarına ev sahibliyi edən Yevlax Olimpiya İdman Kompleksi yaxın günlərdə dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Daha sonra MDB Baş katibinin müavini Nurlan Seytimov və Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov çıxış ediblər.

İclasda 2025-ci ildə III MDB Oyunları çərçivəsində Gəncədə keçirilən yarışlar, seminarlar və iclaslar barədə məlumat verilib. Həmçinin iştirakçı ölkələrin hesabatları dinlənilib, növbəti MDB Oyunlarının keçirilməsi və digər məsələlər müzakirə olunub.

 

Fortunamag.az

 

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.