• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan nəşriyyatları uğurla təmsil olundu

23.10.2025
Mədəniyyət, Xəbərlər
Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan nəşriyyatları uğurla təmsil olundu
Share on FacebookShare on Twitter

15–19 oktyabr 2025-ci il tarixlərində Almaniyanın Frankfurt şəhərində dünyanın ən böyük nəşriyyat tədbirlərindən biri — Frankfurt Beynəlxalq Kitab Sərgisi keçirilib. Sərgi bu il də minlərlə nəşriyyat, müəllif, tərcüməçi, kitab satıcısı və mədəniyyət nümayəndələrini bir araya gətirib.

Fortunamag.az Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan bu mötəbər beynəlxalq tədbirdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə geniş pavilyonla təmsil olunub. Pavilyonda ölkəmizin tanınmış yazıçı və şairlərinin əsərləri, müasir Azərbaycan nəşrləri, uşaq ədəbiyyatı nümunələri, həmçinin milli mədəniyyət və irsimizi əks etdirən nəşrlər ziyarətçilərin diqqətinə təqdim edilib.
Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyətinin nümayişləri, təqdimatlar və beynəlxalq görüşlər keçirilib. Xarici nəşriyyat nümayəndələri ilə birgə əməkdaşlıq imkanları müzakirə olunub, Azərbaycan ədəbiyyatının beynəlxalq arenada tanıdılması istiqamətində yeni razılaşmalar əldə edilib.
Frankfurt Beynəlxalq Kitab Sərgisi dünyanın 100-dən çox ölkəsindən 4 mindən artıq iştirakçını bir araya gətirən, qlobal kitab sənayesinin əsas hadisələrindən biri hesab olunur. Azərbaycan nümayəndə heyətinin iştirakının məqsədi ölkənin nəşriyyat və kitab sənayesini, milli ədəbiyyatını, həmçinin mədəni potensialını beynəlxalq səviyyədə təbliğ etməkdir.
Azərbaycan pavilyonu ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Sərgi çərçivəsində əldə edilən əlaqələrin gələcəkdə ədəbi-mədəni əməkdaşlıqların inkişafına töhfə verəcəyi gözlənilir.

 

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.