“Formula-1” Sinqapur Qran-Prisinin qalibi Corc Rassel oldu
“Marina Bay Circuit”də “Formula-1” mövsümünün 18-ci turunun əsas yarışı olan Sinqapur Qran-prisi baş tutub. “Mercedes”in britaniyalı pilotu Corc Rassell qələbə qazanıb.
Fortunamag.az F1-ə istinadən xəbər verir ki, Corc Rassel Sinqapur Qran Prisindəki qələbəsini “möcüzə” kimi qiymətləndirdi. Russell qələbəsi haqqında dedi: “Bu, xüsusilə bir neçə il əvvəl baş verənlərdən sonra heyrətamiz hissdir. Bu, bir az qaçırılmış fürsət idi, amma biz bu gün bunun əvəzini çıxmışıq. Komanda üçün çox minnətdaram, onlar bütün həftə sonu inanılmaz iş gördülər. Bu performansın haradan gəldiyini həqiqətən bilmirik, amma həqiqətən xoşbəxtəm.”
Fortunamag.az

