Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş başlayıb
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüşə start verilib. Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki,bu yürüşdə 10 komanda mübarizə aparır.
Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vuracaqlar.
Qeyd edək ki, ilk sərbəst yürüşdə “McLaren” komandasının britaniyalı pilotu Lando Norris birinci olub.
Fortunamag.az
