Filarmoniyada “Qış tanqosu” adlı konsert keçirilib
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Qış tanqosu” adlı konsert keçirilib
Filarmoniyanın mətbuat xidmətindən Fortunamag.az-a bildirilib ki, tədbirin əvvəlində pianoçu Samirə Dbila-Budaqova konsertlə bağlı dinləyicilərə məlumat verib.
Konsert proqramı çərçivəsində Piazzollanın “Fəsillər”, “Ave Maria” (Azərbaycanda ilk dəfə), “Vuelvo al sur”, “Rio sena”, “Chau Paris”, “Café 1930”, “Oblivion”, “Adios Nonino” və “Libertango” kimi məşhur əsərlər, həmçinin pianoçu Ruslan Ağababayevin sərbəst improvizasiyası təqdim olunub.
Konsertdə müxtəlif tərkibdə solistlər çıxış edib — Ülviyyə Dadaşova (piano), Aleksey Miltıx (violonçel), Ceyla Seyidova (violin), Nərgiz Kərimova (soprano), Samirə Aşumova (piano), Arslan Növrəsli (tar), Raul Hüseynov (bas gitara), Əyyub Əliyev (violonçel), Xəyal Əliyev (akkardeon) və Elvin Bəşirov (zərb alətləri).
Qeyd edək ki, tədbirin xüsusi qonaqları “Baku Tango Embrace” rəqs qrupunun solistləri Vajiha Səfərəliyeva və Kamran Babayev dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Fortunamag.az
