• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Filarmoniyada Özbəkistan Mədəniyyət Günləri

18.12.2025
Mədəniyyət, Xəbərlər
Filarmoniyada Özbəkistan Mədəniyyət Günləri
Share on FacebookShare on Twitter

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Özbəkistan Respublikasının Mədəniyyət Günləri çərçivəsində parlaq və yaddaqalan konsert proqramı baş tutub. Tədbir Azərbaycanla Özbəkistan arasında mədəni əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı yaradıcılıq əməkdaşlığının nümayişi baxımından xüsusi əhəmiyyət daşıyır.

Fortunamag.az xəbər verir ki, konsert proqramı Özbəkistan Dövlət Simfonik Orkestrinin ifasında təqdim olunub. Kollektivin bədii rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının “Dostluq” ordeninin sahibi, Özbəkistan Respublikasının Xalq artisti Kamoliddin Urinbayev gecəni yüksək peşəkarlıq və incə zövqlə idarə edib.

Konsert orkestrin ifasında M.Hacıyevin “Bayram uvertürası” ilə açıldı. Əsərin bayram ovqatı və dinamik musiqi dili zalda xüsusi əhvali-ruhiyyə yaradaraq dinləyiciləri ilk dəqiqələrdən öz təsiri altına aldı.

Proqramın növbəti hissəsində Əməkdar artist Sahib Paşazadənin (tar) iştirakı ilə H.Xanməmmədovun tar və orkestr üçün 2 nömrəli Konsertinin II və III hissələri səsləndi. Solist və orkestrin vəhdətdə, yüksək texniki ustalıq və emosional dolğunluqla təqdim etdiyi ifa dinləyicilər tərəfindən böyük maraq və alqışlarla qarşılandı.

Daha sonra Xalq artisti, solist Yeganə Axundovanın (piano) iştirakı ilə F.Əmirov və E.Nəzirovanın piano və orkestr üçün “Ərəb mövzularına Konsert”inin Final hissəsi dinləyicilərə təqdim olunub. Əsərin koloriti, melodik zənginliyi və virtuoz piano partiyası gecəyə xüsusi rəng qatıb.

Konsert proqramı dünya simfonik musiqi incilərindən biri — N.Rimski-Korsakovun “Şəhrizad” simfonik süitası, op.35 (dörd hissədə) ilə yekunlaşıb. Şərq nağıllarının poetik obrazlarını canlandıran bu möhtəşəm əsər orkestrin dəqiq, şəffaf, eyni zamanda virtuoz və zəngin tembrli ifasında səslənib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.