FHN-in əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib
Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Fortunamag.az xəbər verir ki, Sərəncama əsasən, Adil Abdullayevə “general-leytenant” ali hərbi rütbəsi, Fərhad Səmədov və Seymur Qaraşova “general-mayor” ali hərbi rütbəsi, Vaqif İbrahimova isə “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.
Fortunamag.az
