• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

FHN əhaliyə müraciət edib

18.12.2025
Xəbərlər
FHN əhaliyə müraciət edib
Share on FacebookShare on Twitter

Yeni ilin gəlişi münasibətilə insanların ənənəvi olaraq küknar ağacı ətrafında kütləvi şəkildə toplaşaraq keçirdikləri tədbirlər həm də yanğın təhlükəsi yaradır. Təəssüflə qeyd edək ki, bəzi vətəndaşların, o cümlədən fiziki və hüquqi şəxslərin ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşması, yanğın təhlükəsizliyi ilə bağlı tələbləri yerinə yetirməməsi bayram günlərində insan sağlamlığı üçün təhlükə yaradan, əmlak və infrastruktura maddi ziyanın dəyməsi ilə nəticələnən, bəzən faciəyə çevrilən yanğınların baş verməsinə səbəb olur.

Fortunamag.az xəbər verir ki, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən yeni il şənliklərinin keçirildiyi məkanların rəhbərlərinə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini xatırladır.

Belə ki, evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı, işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli, ağac tezalışan oyuncaqla bəzədilməməli, qapalı məkanda atəşfəşanlıq edilməməli və şənlik keçirilən məkanı tərk edərkən işıqlandırıcı cihazlar elektrik şəbəkəsindən ayrılmalıdır.

Həmçinin bayram şənliklərinin təşkil olunduğu məkanlarda şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı, pəncərədə dəmir barmaqlıq olmamalı; məkanın iki çıxışı olmalı, ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhəsi asılmalı, ehtiyat çıxış yollarında sərbəst çıxışa mane olan heç nə olmamalı, təxliyə yolları işıqlandırılmalı və birbaşa çıxışa aparmalı, otağın qapıları mütləq çıxışa doğru açılmalı, məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı, şənlikdə işıqlar tam söndürülməməli, məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməli, bina və qurğulara, eləcə də yanğın hidrantlarına və su hovuzlarına sərbəst yaxınlaşma təmin olunmalı, həmin yerlərə gedən yollar nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə edilməməlidir.

“Bildiririk ki, qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq, tədbir keçirilən bütün obyekt və müəssisələrin rəhbərləri yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdehlik daşıyırlar. Odur ki, tədbir ərəfəsində obyektin yanğından mühafizə sisteminə aid bütün qurğu, avadanlıq və s. təftiş edilməli, onların sazlığı təmin olunmalı, habelə obyektin bütün işçiləri yanğına qarşı təlimatlandırılmalı və baş verə biləcək yanğın hadisəsi zamanı vəzifələrini dəqiq bilməlidirlər. Tədbirlərin keçiriləcəyi məkanların rəhbərlərindən üzərlərinə düşən məsuliyyət çərçivəsində yanğın təhlükəsizliyi tələblərini müvafiq qaydada təmin etmək tələb olunur. Obyekt rəhbərləri yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinə müraciət edərək məsələ ilə bağlı metodiki köməklik və mütəxəssis rəyi ala bilərlər. Unutmayın: Qaydalara biganəlik həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”,- deyə nazirliyin əhaliyə ünvanlanan müraciətində vurğulanır.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.