• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

“Euronews” “Bakı Ağ Şəhər”dən videoreportaj hazırlayıb

31.12.2025
Xəbərlər
“Euronews” “Bakı Ağ Şəhər”dən videoreportaj hazırlayıb
Share on FacebookShare on Twitter

“Euronews” kanalı Bakı şəhərində həyata keçirilən urban yenidənqurma layihələrindən biri olan “Bakı Ağ Şəhər” (Baku White City) barədə videoreportaj yayımlayıb.

Fortunamag.az xəbər verir ki, reportajda “Bakı Ağ Şəhər” genişmiqyaslı şəhərsalma transformasiyasının mühüm nümunəsindən biri kimi təqdim olunur. Bildirilib ki, “Bakı Ağ Şəhər” vaxtilə ciddi şəkildə çirklənmiş sənaye zonası olmuş ərazinin müasir, davamlı və piyadayönümlü yaşayış məkanına çevrilməsinin nümunəsidir. Layihə gündəlik şəhər həyatının rahat təşkili prinsipi əsasında planlaşdırılıb və yaşayış, ticarət və mədəni məkanları bir-birinə yaxın məsafədə birləşdirir.

Materialda vurğulanır ki, ərazinin planlaşdırılması avtomobillərdən asılılığın azaldılmasına, piyada hərəkətinin təşviqinə və rahat yaşayış mühitinin yaradılmasına xidmət edir. Davamlı memarlıq həlləri, yaşıl zonalar və ictimai incəsənət elementləri “Bakı Ağ Şəhər”də gündəlik həyatın əsas hissəsinə çevrilib.

Videoreportajda, həmçinin yerli bizneslərin və sahibkarların məhəllə kimliyinin formalaşmasında mühüm rol oynadığı, sakinlərin isə bu ərazidə ailə həyatı, sosial ünsiyyət və ümumi rifah üçün əlverişli şəraitin yaradıldığını bildirdiyi qeyd olunur. “Euronews”un təqdim etdiyi reportajda Bakı şəhərində insan mərkəzli şəhərsalma yanaşmasına doğru gedən daha geniş tendensiyaya da diqqət çəkilir.

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.