• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

“Euronews” Aktaudakı qəzadan yazdı

25.12.2025
Xəbərlər
“Euronews” Aktaudakı qəzadan yazdı
Share on FacebookShare on Twitter

“Euronews” Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı material yayımlayıb.

Fortunamag.az APA-ya istinadən xəbər verir ki, süjetdə Azərbaycanın qəza ilə bağlı mövqeyi, hadisə zamanı sağ qalanların ifadələri və digər məsələlər öz əksini tapıb.

Qeyd olunur ki, Azərbaycan Prezidenti istintaq nəticələrinə və şahid ifadələrinə əsaslanaraq, məsələdə Rusiyanın məsuliyyət daşıdığını təkidlə vurğulayıb və nəticədə Rusiya Prezidenti ölkəsinin faciədəki rolunu etiraf edib.

“Sözügedən hadisədə həlak olan pilotların qəhrəmanlığı daha çox insan tələfatının qarşısını aldı”, – yazıda deyilir.

Həmçinin vurğulanıb ki, qəzadan bir gün sonra Azərbaycan rəsmiləri “Euronews”a verdikləri açıqlamada pilotların müraciətinə baxmayaraq, Rusiyanın Azərbaycan təyyarəsinə heç bir hava limanına eniş icazəsi vermədiyini və təyyarənin Xəzər dənizi üzərindən Qazaxıstan istiqamətində uçmağa məcbur olduğunu deyiblər.

“Hadisədən təxminən bir il sonra, Rusiya Prezidenti ölkəsinin Hava Hücumundan Müdafiə sistemlərinin Qroznı üzərində Ukrayna dronlarını hədəfə aldığını və nəticədə Azərbaycan təyyarəsinin vurulmasında məsuliyyət daşıdıqlarını etiraf edib, kompensasiya təklif edilib”, – yazıda qeyd olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysi üzrə müntəzəm uçuş həyata keçirən, “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış Embraer 190-100 IGW tipli sərnişin hava gəmisinin Qazaxıstan Respublikası ərazisində Aktau hava limanı yaxınlığında qəzaya uğramasından bir il ötür.

Qəza nəticəsində iki uçuş heyəti üzvü (kapitan və ikinci pilot), böyük təyyarə bələdçisi və 35 sərnişin həlak olub.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.