• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

“Rəqəmsal Jurnalistika mövzusunda” təlim uğurla yekunlaşıb

21.11.2025
Xəbərlər
“Rəqəmsal Jurnalistika mövzusunda”  təlim uğurla yekunlaşıb
Share on FacebookShare on Twitter

Medianın İnkişafı Agentliyi və “Euronews telekanalının birgə təşəbbüsü ilə keçirilən “Euronews Academy” beynəlxalq tədris proqramı çərçivəsində noyabrın 17-dən 20-dək davam edən “Rəqəmsal Jurnalistika (“Digital Journalism”)” mövzusunda növbəti təlim modulu başa çatıb.

Fortunamag.az xəbər verir ki, təlimin ilk iki günündə “Euronews” telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkaya tərəfindən “Rəqəmsal xəbər toplanması və məlumat əsaslı jurnalistika” mövzusunda təlim keçilərək iştirakçılara rəqəmsal mühitdə informasiya toplama, faktların yoxlanılması və analitik təqdimat üsulları barədə geniş məlumat verilib.

Proqramın üçüncü günü “Sosial media və “YouTube” kanallarının idarə olunması” mövzusuna həsr edilib. “Euronews”un Yunan xidməti və “Euronews” Daşkənd Bürosunun rəhbəri Akis Tatsis rəqəmsal platformalarda kontent strategiyasının qurulması, paylaşımların effektivliyinin artırılması barədə iştirakçıları məlumatlandırıb.

Təlim proqramının son günündə isə A. Tatsis “Mobil jurnalistika” mövzusu çərçivəsində iştirakçılara mobil telefon vasitəsilə operativ çəkilişin aparılması, kompozisiya və işıqlandırma üzrə düzgün yanaşmalar, səsin keyfiyyətli yazılması, eləcə də foto və videomaterialların mobil redaktə alətləri vasitəsilə işlənməsi qaydalarını izah edib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.