• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Estrada-Simfonik Orkestri Şamaxıda konsert verdi

29.12.2025
Mədəniyyət, Xəbərlər
Estrada-Simfonik Orkestri Şamaxıda konsert verdi
Share on FacebookShare on Twitter

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri bölgələrdə milli musiqi mədəniyyətinin təbliği məqsədilə növbəti konsert proqramı ilə çıxış edib.

Fortunamag.az xəbər verir ki, Estrada-Simfonik Orkestrinin “Yurdumun sədası” adlı konsert proqramı Şamaxı Rayon Mədəniyyət Mərkəzində təqdim olunub. Musiqisevərlərin böyük maraq göstərdiyi konsertdə Azərbaycan musiqi mədəniyyətinin zəngin irsini əks etdirən klassik və estrada janrında əsərlər səsləndirilib.

Konsert proqramında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistləri – Aynur İsgəndərli, İlhamə Qasımova, Mədinə Kazımova, Fəxri Kazım-Nicat, Taleh Yahyayev və Rövşən Qəhrəmanov yüksək peşəkarlıqla çıxış edərək tamaşaçılara xoş ovqat bəxş ediblər. Estrada-Simfonik Orkestrini dirijor Ellada Məmmədova idarə edib. Canlı orkestrin müşayiəti, zəngin repertuar və peşəkar ifaçılıq konsertə xüsusi rəng qatıb.

Sonra Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyyubova və Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirli çıxış edərək təəssüratlarını bölüşüb, kollektivə uğurlu konsert proqramına görə təşəkkürlərini bildiriblər.

Konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə böyük bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə, nazirliyin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə ilk genişmiqyaslı qastrol səfərləri çərçivəsində keçirilib.

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.