Estoniyadaki Azərbaycan Evində yüksək səviyyəli görüş keçirilib
25 noyabr tarixində Estoniyanın paytaxtı Tallin şəhərində yerləşən Azərbaycan Evində diaspora nümayəndələrinin və Tallində fəaliyyət göstərən şirkət rəhbərlərinin iştirakı ilə görüş keçirilib.
Tədbir “Caspian Energy Club”ın rəsmi tərəfdaşlığı ilə “Interreg Central Baltic Programme” çərçivəsində həyata keçirilən “LEF Network Azerbaijan” layihəsi üzrə təşkil olunub.
Görüşdə Estoniyada səfərdə olan Fortuna jurnalının baş redaktoru Səidə Musayeva iştirak edib. Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev və Azərbaycan diasporunun sədri Vəlixan Kərimxanovun iştirakı ilə baş tutan tədbir yüksək səviyyəli təşkilatçılığı ilə seçilib.


Görüş zamanı iş birliyinin genişləndirilməsi, yeni təşəbbüslər və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Tədris HR Mərkəzinin rəhbəri Rüfət Kərimli, eləcə də azərbaycanlı ziyalılar və iş adamları iştirak edərək müxtəlif əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüblər.
Fortunamag.az






