• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Estoniyada Azərbaycan – Latviya, Estoniya, Finlandiya üzrə ‘Trade Mission Central Baltic’ layihəsi çərçivəsində beynəlxalq biznes forumu keçirilib

01.12.2025
İnkişaf, Xəbərlər
Estoniyada Azərbaycan – Latviya, Estoniya, Finlandiya üzrə ‘Trade Mission Central Baltic’ layihəsi çərçivəsində beynəlxalq biznes forumu keçirilib
Share on FacebookShare on Twitter

Estoniyanın paytaxtı Tallində “Caspian Energy Club”ın rəsmi tərəfdaşlığı ilə həyata keçirilən “LEF Network Azerbaijan” layihəsi çərçivəsində Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrinin inkişafına həsr olunmuş “Beynəlxalq biznes-forum: Azərbaycan diqqət mərkəzində – yeni biznes fürsətləri” adlı genişmiqyaslı forum keçirilib.

Bu barədə Estoniyada səfərdə olan Fortuna jurnalının baş redaktoru Səidə Musayeva xəbər verir. Tədbir Estoniyanın Ticarət və Sənaye Palatasının baş direktoru Mait Paltsın açılış nitqi ilə işinə başlayıb. Daha sonra Estoniya İqtisadiyyat və Kommunikasiya Nazirliyinin Baş katibi Ahti Kuninqas, Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov və Estoniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vayno Reynart çıxış edərək regional iqtisadi inteqrasiyanın əhəmiyyətini, tərəfdaş ölkələrin qarşılıqlı maraqlarını və gələcək əməkdaşlıq üçün mövcud imkanları dəyərləndiriblər.

 

Estoniya İqtisadiyyat və Kommunikasiya Nazirliyinin Baş katibi Ahti Kuninqas

 

Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov

 

Estoniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vayno Reynart

 

Daha sonra “Caspian Energy Club Europe”un sədri Rasim Mahmudov “Azərbaycan iqtisadiyyatı rəqəmlərdə” mövzusunda əsas məruzə ilə çıxış edərək ölkənin makroiqtisadi göstəricilərini, son illərdə formalaşan dayanıqlı iqtisadi dinamikanı, əlverişli investisiya mühitini və qeyri-neft sektorunda genişlənən potensialı dinləyicilərin nəzərinə çatdırıb.

 

“Caspian Energy Club Europe”un sədri Rasim Mahmudov

 

Latviya Ticarət və Sənaye Palatasının Avropa İttifaqı Layihələri departamentinin direktoru Liqa Sıçeva “LEF Network Azerbaijan” layihəsinin nəticələrini nümayiş etdirərək Azərbaycan, Latviya, Estoniya və Finlandiya biznesləri arasında əməkdaşlığı gücləndirməyə yönəlmiş təşəbbüslərin uğurlarını, şirkətlərarası inteqrasiyanın dinamik artımını əks etdirən xüsusi videonu iştirakçıların diqqətinə çatdırıb.

 

Mərkəzi Baltik ölkələri və Azərbaycan arasında yeni biznes imkanlarına həsr olunan ilk panel əsnasında Azərbaycan-Baltik biznes münasibətlərinin inkişaf perspektivləri, ticarət dövriyyəsinin artırılması üçün yeni sahələr, startap ekosistemi daxilində tərəfdaşlıq formatları və mövcud uğurlu layihələr müzakirə edilib.

İlk panel zamanı çıxış etdilər:

  • Mikko Pakkasela, sənaye mühəndisliyi üzrə magistr, SAMK-da Araşdırma rəhbəri və biznes analitikası və KOB-ların inkişafı üzrə ekspert;
  • Karim Ali, beynəlxalq ticarət, dairəvi iqtisadiyyat və biznes diplomatiyası üzrə mütəxəssis, GMM Finland-da inkişaf direktoru;
  • Liga Sıçeva 15 ildən artıq beynəlxalq layihə idarəçiliyi təcrübəsinə malik olan LCCI-də Avropa layihələri departamentinin direktoru;
  • Dr. Shabnam Nuriyeva, Azərbaycan Dövlət Gömrük Komitəsində (ASCCA) Karyera Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə PhD, PPD, dövlət–biznes dialoqu və təlim sahəsində ekspert;
  • Lauri Haav, //Kood şirkətinin Baş İcraçı Direktoru və Estoniya e-Residency proqramının keçmiş rəhbəri.

 

Mərkəzi Baltik ölkələri və Azərbaycan arasında yeni biznes imkanlarına həsr olunan ilk panel

 

“Süni intellektin beynəlxalq əməkdaşlığın artırılmasındakı rolu” mövzusunda keçirilən ikinci paneldə iştirakçılar süni intellekt texnologiyalarının dövlət idarəetməsində, sənayedə, startap mühitində və biznes proseslərində yaratdığı geniş və transformativ imkanları vurğulayıblar.

İkinci panel zamanı çıxış etdilər:

  • Vattan PS, sahibkar və AI-sahəsində ekosistem yaradıcısı, Agency.AI və Founderly layihələrinin qurucusu;
  • Otto Mättas, tətbiqi AI üzrə Tallin Texniki Universitetinin tədqiqatçısı;
  • Imants Bergs, “Turiba” Biznes Universitetinin Baş İcraçı Direktoru;
  • Pekka Suominen, RoboAI araşdırma mərkəzinin baş tədqiqatçısı, fizika üzrə PhD.
  • Ilkin Hüsenov, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji inkişaf və iqtisadi təhlil şöbəsinin müdiri.

 

“Süni intellektin beynəlxalq əməkdaşlığın artırılmasındakı rolu” mövzusunda keçirilən ikinci panel

 

 

Forum iştirakçıların qarşılıqlı maraq doğuran mövzular ətrafında apardıqları geniş müzakirələrlə tamamlanıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.