“Azərbaycan – Latviya, Estoniya, Finlandiya üzrə ‘Trade Mission Central Baltic’ biznes forumu Estoniyada keçirilib – ÖZƏL”
Tədbir Tallində fəaliyyət göstərən şirkətlər və Azərbaycandan olan nümayəndələr arasında yeni əlaqələrin qurulmasına imkan yaradıb.25 noyabr 2025-ci ildə Estoniya Biznes Məktəbində “Azərbaycan: Yeni Biznes İmkanları” mövzusunda beynəlxalq biznes forumu baş tutub.
Fortunamag.az-ın Estoniyaya ezam olunmuş baş redaktoru Cəmalə Naxçıvani xəbər verir ki, tədbir Interreg Central Baltic Programme çərçivəsində LEF Network Azerbaijan layihəsinin təşkilatçılığı ilə keçirilib.

Estoniya Ticarət və Sənaye Palatasının baş direktoru Mait Palts açılış nitqi ilə çıxış edib.
Öz növbəsində, Estoniya İqtisadiyyat və Kommunikasiya Nazirliyinin baş katibi Ahti Kuningas, Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov, Finlandiyanın Cənubi Qafqaz üzrə səfiri Kirsti Narinen (TBC) və Estoniyanın Azərbaycandakı səfiri Väino Reinartçıxış edənlər sırasında yer alıblar.

Spikerlər Azərbaycanla Baltik və Şimal ölkələri arasında biznes əməkdaşlığının genişləndirilməsi, yeni investisiya imkanları və regional tərəfdaşlıq perspektivlərini müzakirə ediblər.

Tədbir Tallində fəaliyyət göstərən şirkətlər və Azərbaycandan olan nümayəndələr arasında yeni əlaqələrin qurulmasına imkan yaradıb. 
Fortunamag.az
