“Estex İplik ve Kumaş Sanayi Ticaret A.Ş.” şirkətinin nümayəndələri ilə görüş
İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Türkiyə ilə tekstil sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Türkiyənin “Estex İplik ve Kumaş Sanayi Ticaret A.Ş.” şirkətinin nümayəndələri ilə görüşüb.
Görüşdə şirkətin fəaliyyəti barədə məlumat verilib və tekstil istehsalı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Bildirilib ki, ölkədə yeni sənaye müəssisələrinin yaradılması iqtisadi potensialın reallaşdırılması, tekstil sənayesinin rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac imkanlarının genişləndirilməsi və yeni iş yerlərinin yaradılması baxımından böyük əhəmiyyət daşıyır.
Qeyd edilib ki, Azərbaycanın əlverişli biznes və investisiya mühiti, şirkətin təcrübəsi, yüksək texnoloji istehsal infrastrukturu və beynəlxalq ticarət əlaqələri bu sahəyə investisiya qoyuluşu üçün geniş imkanlar yaradır.
Fortunamag.az
