• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Energetika naziri Vladanka Andreyeva ilə görüşüb

26.12.2025
İnkişaf, Xəbərlər
Energetika naziri Vladanka Andreyeva ilə görüşüb
Share on FacebookShare on Twitter

Energetika naziri Pərviz Şahbazov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşüb.

Nazirlikdən Fortunamag.az-a bildiriblər ki, Vladanka Andreyevanın ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilən görüşdə Azərbaycan ilə BMT arasında enerji və dayanıqlı inkişaf sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə enerji səmərəliliyi və bərpa olunan enerjinin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə əməkdaşlığın, eyni zamanda nazirliyin fəaliyyətinin prioritet istiqamətlərindən olduğu vurğulanıb. Ölkəmizin COP29-a ev sahibliyi ilə yanaşı, yaşıl enerji və enerji keçidi sahəsində ardıcıl siyasət və təşəbbüslərlə qlobal iqlim gündəliyində liderliyini möhkəmləndirdiyi qeyd olunub. Xüsusilə Azərbaycanın COP30-da elan etdiyi və emissiyaların 2035-ci ilə qədər 40 faiz azaldılması öhdəliyini nəzərdə tutan yeni “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə”si (NDC) yüksək qiymətləndirilib.

Görüşdə, həmçinin “DİM-in 7-ci hədəfi üzrə Azərbaycan üçün Yol Xəritəsi”nin hazırlanmasına toxunulub. Gələn ilin aprelində Bakıda keçirilməsi planlaşdırılan UNESCAP-ın 82-ci Sessiyası çərçivəsində enerji üzrə yan tədbirin təşkilinə hazırlıq məsələləri də müzakirə edilib.

Söhbət zamanı “UNIDO-İƏT Təmiz Enerji Mərkəzi”nin fəaliyyəti, Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı, hidrogen konsepsiyası, regionlararası elektrik enerjisi üzrə interkonnektor layihələri, eləcə də neft-qaz sektorunun dekarbonizasiyası ilə bağlı fikir mübadiləsi aparılıb. BMT ilə əməkdaşlıq çərçivəsində planlaşdırılan tədbirlər nəzərdən keçirilib.

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.