• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Energetika naziri iclas keçirib

25.12.2025
İnkişaf, Xəbərlər
Energetika naziri iclas keçirib
Share on FacebookShare on Twitter

Energetika Nazirliyində işğaldan azad olunmuş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupunun 11-ci iclası keçirilib.

Nazirlikdən Fortunamag.az-a bildirilib ki, İşçi Qrupunun sədri, energetika naziri Pərviz Şahbazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncam və tapşırıqlarına əsasən azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıb. Ötən iclasdan bəri istifadəyə verilən və təməli qoyulan yaşayış məntəqələri və sosial-infrastruktur obyektləri, həmçinin bu ərazilərdə 65 mindən artıq insan yaşadığı qeyd olunub. Yaşıl enerji texnologiyalarının tətbiqi çərçivəsində Cəbrayılda hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməli qoyulduğu, “Şəfəq” GES-də isə tikinti-quruculuq işlərinin davam etdirildiyi, həmçinin Kəlbəcərdə külək enerji potensialının ölçmə-müşahidə işlərinə başlandığı, azad edilmiş ərazilərdə hazırda ümumilikdə 307 meqavat gücündə 38 su elektrik stansiyasının fəaliyyət göstərdiyi bildirilib.

İşçi Qrupun əvvəlki iclasında qəbul edilmiş qərarların icrasına, yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə monitorinqlərin nəticəsinə dair hesabatlar dinlənilib. Füzuli və Ağdam şəhərlərində, Füzuli rayonunun Dövlətyarlı, Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində, Qubadlı rayonunun Mahruzlu və Zilanlı kəndlərində aparılmış monitorinqlərin nəticələri nəzərdən keçirilib. Günəş panelləri, kollektorlar, Günəş enerjisi əsaslı LED işıqlandırma avadanlıqları, LED əsaslı işıqlandırma qurğularından, dirəklərdən, “ağıllı” dayanacaqlardan, tikintidə izolyasiya materiallarından istifadə üzrə göstəricilər diqqətə çatdırılıb.

İclasda, həmçinin yaşayış komplekslərində istilik təminatı və mövcud vəziyyətin təhlili üzrə müzakirələr aparılıb. İşğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların və enerji səmərəliliyinin tətbiqi üzrə monitorinqin aparılmasının 2026-cı il üçün icra qrafiki təsdiq edilib.

Toplantıda İşçi Qrupuna üzv dövlət qurumları ilə yanaşı işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin və “Bərpa Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslərin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, eləcə də “Azəristiliktəchizat” ASC-nin nümayəndələri iştirak edib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.