• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Energetika naziri “ACWA Power”in sədri ilə görüşüb

08.01.2026
İnkişaf, Xəbərlər
Energetika naziri “ACWA Power”in sədri ilə görüşüb
Share on FacebookShare on Twitter

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə görüşüb.

Energetika Nazirliyindən Fortunamag.az-a bildirilib ki, görüşdə “ACWA Power” şirkəti Azərbaycanın enerji sektorunda mühüm tərəfdaşı kimi qiymətləndirilib və bu əməkdaşlığın Səudiyyə Ərəbistanı ilə qardaşlıq əlaqələrinin bariz göstəricisi olduğu vurğulanıb. Hazırda şirkətlə birgə həyata keçirilən və strateji əhəmiyyət daşıyan 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və dəniz suyunun duzsuzlaşdırılması layihələrinin əhəmiyyətindən bəhs edilib. Külək elektrik stansiyasının tikintisinin və şəbəkəyə qoşulmasının uğurla başa çatdığı və bu prosesdə birgə əməkdaşlığın rolu qeyd olunub.

Görüş zamanı Qara dəniz, Avropa, Mərkəzi Asiya və Naxçıvan marşrutları üzrə elektrik enerjisi interkonnektorları layihələrinin icra vəziyyəti, həmçinin Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığı arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Şirkətlə elektrik enerjisinin istehsalı ilə yanaşı, ötürülməsi istiqamətində də əməkdaşlıq perspektivləri dəyərləndirilib.

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.