• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

“Əmək və Məşğulluq” altsistemində “İşədüzəlmədə vasitəçilik” modulu istifadəyə verilib

14.01.2026
İnkişaf, Xəbərlər
“Əmək və Məşğulluq” altsistemində “İşədüzəlmədə vasitəçilik” modulu istifadəyə verilib
Share on FacebookShare on Twitter

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair vahid informasiya bazasının yaradılması məqsədilə “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) “İşədüzəlmədə vasitəçilik” modulu istifadəyə verilib.

Fortunamag.az Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bununla da əmək bazarında şəffaflığın artırılması, işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə həmin hüquqi şəxslərin reyestrinin aparılması və işədüzəlmədə vasitəçilik fəaliyyəti  üzrə hesabatlılıq prosesi elektronlaşdırılıb.

İşədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər yeni modul vasitəsilə  öz fəaliyyətləri, habelə onlara iş üçün müraciət edən şəxslərin və işlə təmin etdikləri şəxslərin sayına dair məlumatları Nazirliyə elektron formada təqdim edəcəklər.

Bu da qeyd edilən məlumatların operativ və sistemli təqdim edilməsinə, qeyd edilən sahədə şəffaflığın təminatına, kağız daşıyıcılar və əlavə yazışmalar olmadan elektron mühitdə hesabatlılığın həyata keçirilməsinə  xidmət edir.

Hüquqi şəxslər Dövlət Məşğulluq Agentliyinin rəsmi veb-səhifəsindəki reyestrlər bölməsi (https://dma.gov.az/reyestrler/iseduzeltme-vasitecilerinin-reyestri-661 ) vasitəsilə də keçid edərək ƏMAS-ın bu xidmətindən istifadə edə bilərlər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.