Elm və Təhsil Naziri Emin Əmrullayev futbol meydançasının açılışında iştirak edib
Sentyabrın 8-də “FIFA Arena” layihəsi çərçivəsində Bakı şəhəri 247 nömrəli tam məktəbdə inşa edilən futbol meydançasının açılış mərasimi keçirilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf, Ukrayna Futbol Assosiasiyasının prezidenti Andriy Şevçenko, futbol ictimaiyyətinin nümayəndələri, məktəblilər iştirak ediblər.
Tədbir zamanı bu kimi layihələrin məktəblilərin sağlam böyüməsi, idman mədəniyyətinin formalaşması və futbolun kütləviləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanıb , FIFA prezidenti Canni İnfantinonun layihənin uğurla həyata keçirilməsinə dair videomüraciəti də yayımlanıb.
Qeyd edək ki, AFFA-nın təşəbbüsü ilə “FIFA Arena” layihəsi çərçivəsində 2 məktəbdə (Bakı şəhəri 138 və 247 nömrəli tam orta məktəblər) meydança inşa edilib və bu layihədən birbaşa 6000-dən çox şagird faydalanacaq.
Fortunamag.az
