• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Elm və ali təhsil üzrə ictimai dinləmə keçirilib

24.10.2025
Xəbərlər
Elm və ali təhsil üzrə ictimai dinləmə keçirilib
Share on FacebookShare on Twitter

Oktyabrın 23-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın layihəsinin hazırlanması çərçivəsində elm və ali təhsil sahəsinə dair təkliflərin müzakirəsi məqsədilə ictimai dinləmə keçirilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, ictimai dinləmədə elm və ali təhsil sisteminin mövcud vəziyyəti, inkişaf istiqamətləri və qarşıda duran prioritet vəzifələr müzakirə olunub. Çıxışlarda doktoranturaya qəbul göstəricilərinin artırılması, gənclərin elmi-tədqiqata marağının stimullaşdırılması, elmi fəaliyyətin maliyyə və institusional əsaslarının gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Eyni zamanda, ali təhsilin əmək bazarına uyğunlaşdırılması, tədqiqatyönümlü universitetlərin inkişafı, laborator və innovasiya mühitinin formalaşdırılması, eləcə də magistrant və doktorantların praktiki fəaliyyətə cəlb edilməsi məsələləri diqqətə çatdırılıb.

Müzakirələr zamanı ali təhsil müəssisələrinin reytinq və akkreditasiya göstəricilərinə əsaslanan diferensial maliyyələşmə modelinin tətbiqi, tələbələrin beynəlxalq sertifikatlar əldə etməsinə dəstək mexanizmlərinin gücləndirilməsi və təhsilin rəqəmsallaşması ilə bağlı fikir və təkliflər də irəli sürülüb.

Tədbirdə ali təhsil və elmi müəssisələrin, dövlət qurumlarının təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.