Elektronikanı daha səmərəli edən qüsurlar
Çox vaxt elm adamları materiallarda qüsurları aradan qaldırmağa çalışır. Fortunamag.az ” Scitech daily”a istinadən xəbər verir ki, lakin Çinli tədqiqatçılar aşkar ediblər ki, bəzi qüsurlar əslində elektron axınını gücləndirə bilir. Bu xüsusiyyət aşağı enerjili cihazların hazırlanmasına imkan verir. Nəticədə mobil telefonlar, noutbuklar və digər elektron cihazlar daha az enerji sərf edə bilər. Bu isə həm texnologiyanın inkişafına, həm də ətraf mühitin qorunmasına müsbət təsir göstərir. Tədqiqatçılar gələcəkdə bu üsulla daha ağıllı və qənaətcil elektronika hazırlamağı planlaşdırırlar.
Fortunamag.az
