Ədliyyə Nazirliyinin komandası Dubayda qalib olub
Fortunamag.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dövlət qurumlarının əməkdaşları arasında keçirilən II Dünya Korporativ Oyunlarının minifutbol yarışlarının finalında Ədliyyə Nazirliyinin komandası Rusiya komandasını 1:0 hesabı ilə məğlub edərək Oyunların qalibi olub. Komandanın üzvü Ruslan Vəliyev isə turnirin “Ən yaxşı müdafiəçisi” adına layiq görülüb.
Fortunamag.az
