Duro Sessa: Qanunlar silaha çevrilməməlidir, onlar daha çox sipər rolunu oynamalıdır
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti Duro Sessa Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyasının açılış mərasimində bildirib ki,
Düzgün ədalət mühakiməsi heç zaman diqqətdən kənarda qalmalı deyil. Demokratik və konstitusion dövlətdə məhkəmənin qəbul etdiyi qərarlar hər zaman tənqidə açıq olmalıdır. Lakin biz bunun şahidiyik ki, bu gün müxtəlif məhkəmə hakimiyyətinin nüfuzuna hücumlar olur və hakimlər bundan əziyyət çəkirlər. Biz bununla bağlı əlbəttə ki, danışmalıyıq.

