Dünya Qadın Sahibkarları Günü çərçivəsində beynəlxalq biznes tədbirləri baş tutacaq
Azərbaycan 15-17 noyabr tarixlərində “Global Association of Business in Azerbaijan” (GABA) təşkilatçılığı, təsisçisi və baş icraçı direktoru Nəzrin Sadıxovanın rəhbərliyi ilə “Dünya Qadın Sahibkarları Günü” münasibətilə iki mühüm beynəlxalq biznes tədbirinə ev sahibliyi edəcək. Tədbirlər qadın liderlərin qlobal miqyasda rolunu gücləndirməyi, yeni tərəfdaşlıqlar yaratmağı və diplomatik əməkdaşlıqları genişləndirməyi hədəfləyir.
Fortunamag.az xəbər verir ki, tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən sahibkarlar, diplomatlar, dövlət qurumlarının təmsilçiləri və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələcək. Forum iştirakçıları üçün strateji əməkdaşlıq imkanları, dəyərli çıxışlar və yüksək səviyyəli netvörkinq nümayiş ediləcək.
Tədbirin proqramında diplomatiya və qlobal biznes sahəsində tanınmış liderlərin çıxışları, B2B görüşlər və sektorlararası tərəfdaşlıqlar, diplomatik netvörkinq imkanları yer alır.
Məqsəd qadın sahibkarların qlobal səviyyədə tanıdılması, yeni biznes fürsətlərinin yaradılması və regional inkişafın dəstəklənməsidir.
Tədbir çərçivəsində məhsul və xidmətlərini beynəlxalq auditoriyaya təqdim etmək istəyən şirkətlər üçün təqdimat stendləri nəzərdə tutulub.
Fortunamag.az
