Dövlət Vergi Xidmətində avtomobil dilerləri ilə görüş keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların vergi qanunvericiliyinin tətbiqi zamanı qarşılaşdıqları çətinliklərin öyrənilməsi və onların təkliflərinin dinlənilməsi məqsədilə görüşləri davam etdirir.
Dövlət Vergi Xidmətindən Fortunamag.az-a bildirilib ki, növbəti belə görüş avtomobil dilerlərinin nümayəndələri ilə keçirilib.
Görüşdə DVX-nin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının nümayəndələri iştirak ediblər.
Fortunamag.az
