• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Dövlət qurumlarının əməkdaşları arasında atletika müsabiqəsi keçirilib

12.09.2025
Xəbərlər
Dövlət qurumlarının əməkdaşları arasında atletika müsabiqəsi keçirilib
Share on FacebookShare on Twitter

Konstitusiya və Suverenlik İli” çərçivəsində sentyabrın 11-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Atletika Federasiyasının birgə təşkili ilə Bakı Atletika Mərkəzində dövlət qurumlarının əməkdaşları arasında atletika müsabiqəsi keçirilib. Yarışda 11 dövlət qurumunu təmsil edən 42 iştirakçı (32 kişi, 10 qadın) mübarizə aparıb.

Qadınlar arasında uzunluğa tullanma üzrə Zəkiyyə Kərimli və Əfsanə Mehdiyeva (hər ikisi Fövqəladə Hallar Nazirliyi), eləcə də Esmira Nəsrəddinova (SOCAR) mükafatçılar sırasında yer alıblar. Kişilər arasında isə birinci yeri Yevgeniy Kasilov (FHN) tutub. İkinci yeri Vüsal Rəsulzadə (“AzerGold” QSC), üçüncü yeri isə Rüstəm Rüstəmov (SOCAR) qazanıb.

60 metr məsafəyə qaçışda qadınlarda birinci yerə Zəkiyyə Kərimli, ikinci yerə Mələkxanım Məmmədova, üçüncü yerə isə Leyla Əliyeva (hər üçü FHN) layiq görülüblər. Kişilər arasında fərqlənənlər İlkin Əlizadə, Yevgeniy Kasilov (hər ikisi FHN) və Akif Əzizov (“AzerGold” QSC) olublar.

400 metr məsafəyə qaçışda qadınlarda Mələkxanım Məmmədova birinci, Leyla Əliyeva ikinci, Pəri Rəhimova (hər üçü FHN) isə üçüncü yeri tutublar. 800 metr qaçışda kişilər arasında bütün pillələr FHN əməkdaşlarının payına düşüb: Əli Hacıyev qızıl, Cəlal Süleymanov gümüş, İlqar Məmmədov isə bürünc medal qazanıblar.

 

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.