• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

Dövlət Dəniz və Liman Agentliyində “Türk Loydu” Təsnifat Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib

28.10.2025
Biznes, Xəbərlər
Dövlət Dəniz və Liman Agentliyində “Türk Loydu” Təsnifat Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib
Share on FacebookShare on Twitter

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) “Türk Loydu” Təsnifat Cəmiyyətinin rəhbər heyəti ilə görüş təşkil olunub.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, DDLA-nın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Əfqan Cəlilov dəniz nəqliyyatı sahəsində tənzimləyici orqan olaraq DDLA tərəfindən son dövrlərdə həyata keçirilən tədbirlər barədə məlumat verib.

Görüşdə “Türk Loydu” Təsnifat Cəmiyyəti ilə əməkdaşlığın inkişafı, gəmilərə texniki nəzarətin səmərəli təşkili və sertifikatlaşma sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətlərində fikir mübadiləsi aparılıb. Təsnifat Cəmiyyəti tərəfindən gələcəkdə DDLA-da müvafiq sahə üzrə təlimlərin təşkili imkanları da müzakirə edilib.

“Türk Loydu” Təsnifat Cəmiyyətinin İdarə Heyətinin sədri Oral Ərdoğan Türkiyədə gəmilərdə həyata keçirilən təsnifat yoxlamalarının vaxtında və yüksək keyfiyyətlə aparılması, eləcə də DDLA ilə qarşılıqlı əməkdaşlığın daha səmərəli təşkili məqsədilə Bakıda nümayəndəlik açılmasının planlaşdırıldığını deyib. Bu təşəbbüs DDLA tərəfindən müsbət qarşılanıb və dəstək bildirilib.

Müzakirələr zamanı əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə inam ifadə edilib və bu görüş əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addım kimi dəyərləndirilib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.