• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Dövlət büdcəsindən maliyyələşən təşkilatların baş mühasibləri üçün seminar keçirilib

31.10.2025
Xəbərlər
Dövlət büdcəsindən maliyyələşən təşkilatların baş mühasibləri üçün seminar keçirilib
Share on FacebookShare on Twitter

Bakı Şəhəri üzrə Maliyyə İdarəsində dövlət büdcəsindən maliyyələşən təşkilatların baş mühasibləri üçün növbəti maarifləndirici seminar keçirilib.

Fortunamag.az Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin təşkilatçılığı, “Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası” və “Azərbaycan Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası” ictimai birliklərinin tərəfdaşlığı ilə keçirilən seminarda dövlət sektorunda mühasibat uçotunun aparılması qaydaları, hesabatlılıq mexanizmləri və beynəlxalq təcrübəyə əsaslanan maliyyə idarəçiliyi prinsipləri haqqında geniş məlumat verilib. Həmçinin, dövlət büdcəsi vəsaitlərinin səmərəli və şəffaf idarə olunması, risklərin azaldılması və daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər barədə təqdimatlar keçirilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.

Mühasiblərin peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən tədbirin növbəti hissəsi isə “Konstitusiya və Suverenlik İli”nə həsr olunub. Mövzu ilə əlaqədar çıxışlarda ölkəmizin davamlı iqtisadi inkişafı və maliyyə sisteminin dayanıqlığının təmin olunmasında maliyyə orqanlarının rolundan danışılıb.

Sonda tədbir iştirakçılarına sertifikat proqramı çərçivəsində təlimat, metodik vəsaitlər, eləcə də peşəkar fəaliyyətlərini dəstəkləyəcək əlavə materiallar təqdim olunub.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.