Devid Bovinin gizli son layihəsi iş otağında aşkarlanıb
2016-cı ildə vəfat edən Devid Bovi dünyaya son hədiyyəsini – Blackstar albomunu təqdim etmişdi. Fortunamag.az “BBC News”a istinadən xəbər verir ki, lakin ölümündən əvvəl o, “18-ci əsr musiqili əsəri” adlandırdığı başqa bir layihəyə də başlamışdı. “The Spectator” adlı bu əsərin mövcudluğundan yaxın əməkdaşları belə xəbərsiz idi; qeydlər onun Nyu-Yorkdakı ofisində aşkarlanıb və indi “V&A Muzeyinə” bağışlanıb.
Bovinin qeydləri Londonda 18-ci əsr incəsənəti, satirası, həmçinin məşhur oğru “Dürüst” Cek Şeppard kimi fiqurlar ətrafında idi. Onlarla yapışqan kağız üzərində yazılmış fikirlər divarlara sancılmış vəziyyətdə qalıb.
Arxiv materialları 13 sentyabrda açılacaq “David Bowie Centre”də ictimaiyyətə təqdim olunacaq.
Fortunamag.az
