Dənizaltı mikroblar süni bioplastiki parçalayır

Ekoloqlar uzun illərdir ki, plastik tullantılar probleminə həll yolu axtarırlar. Fortunamag.az ” Scitech daily”a istinadən xəbər verir ki, son araşdırma isə ümidverici nəticələr göstərib. Alimlər “LAHB” adlanan yeni bioplastik materialın dərin dənizdə mikroblar tərəfindən parçalandığını sübut ediblər. Bu, adi plastikdən fərqli olaraq, təbiətdə uzun müddət qala bilmir. Yəni, tullantılar okeanda illərlə qalmır və canlılara zərər vermir. Əgər bu material geniş miqyasda tətbiq edilərsə, plastik çirklənməsinin qarşısını almaqda mühüm rol oynaya bilər.
Fortunamag.az