Demet Akalın: Məni Anar bəzədi – ÖZƏL
Türkiyənin məşhur müğənnisi Demet Akalın Bakıya səfəri çərçivəsində Bakı Konqres Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edib. Səhnə performansı və enerjisi ilə tamaşaçıların böyük rəğbətini qazanan sənətçi gecəyə xüsusi hazırlığı ilə də diqqət çəkib.
Fortunamag.az-ın özəl sualını cavablandıran Demet Akalın “Gecəyə necə hazırlandınız?” sualına belə cavab verib:
“Təşəkkür edirəm. Gecəyə Anar Ağakişiyevin vizajı ilə hazırlandım, işıl-işıl idim. Bu gün geyimim isə Tolga Çan imzalıdır.”
Xatırladaq ki, Demet Akalın konsert gecəsi ərzində iki fərqli geyimlə səhnəyə çıxaraq tamaşaçıların qarşısında olub.
Konsert məşhur təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi “Anadolu Events” şirkətinin təşkilatçılığı ilə baş tutub.
Fortunamag.az
