• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Daşkənddə Azərbaycan dekorativ sənət ustasının fərdi sərgisi açılıb

28.10.2025
Mədəniyyət, Xəbərlər
Daşkənddə Azərbaycan dekorativ sənət ustasının fərdi sərgisi açılıb
Share on FacebookShare on Twitter

Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, dekorativ sənət ustası, memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifovanın fərdi sərgisini təşkil edib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən sərgi və bu çərçivədə baş tutan tədbirdə səfirliyimizin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, universitetlərin müəllimləri, tələbələr iştirak ediblər.

Əvvəl iştirakçılar sərgiyə tamaşa ediblər. Burada müəllifin Azərbaycan-Özbəkistan memarlıq nümunələrinə və digər mövzulara aid 40-dan çox dekorativ tətbiqi sənət əsərləri nümayiş etdirilib.

Mərkəzin Heydər Əliyev Muzeyində keçirilən tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli bu nadir sərginin mərkəzdə keçirilməsindən məmnunluq ifadə edib, müəllifə təbriklərini çatdırıb. A.Marifli bildirib ki, sərgi tamaşaçılarda böyük maraq oyadıb.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev deyib ki, Nardanə Yusifova Azərbaycan-Özbəkistan memarlıq abidələri, onların ornamentlərini müqayisəli şəkildə öyrənən dekorativ sənət ustasıdır. Müəllif Azərbaycan-Özbəkistan qarşılıqlı əlaqələrini, memarlığını, abidələrdəki ornamentləri müqayisəli şəkildə öz əsərlərində göstərib.

Nardanə Yusifova sərginin təşkili üçün Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevə minnətdarlığını bildirib, bu əsərlərin yaranma xüsusiyyətlərindən danışıb. O deyib ki, Azərbaycan-Özbəkistan qarşılıqlı əlaqələrini, Azərbaycan və Özbəkistan memarlığını, bu ölkələrin dekorativ tətbiqi sənətini müqayisəli şəkildə öyrənirəm. Belə ki, dəqiq elmləri incəsənətdə, incəsənəti dəqiq elmlərdə axtarır və bunları öz əsərlərimdə göstərirəm: “Məndən əvvəl böyük alim, mərhum Xudu Məmmədov stereokimyanın incəsənətlə əlaqəsini öyrənib, ornamentləri də işləyib. Mən də Xudu Məmmədovun yolu ilə gedərək tərsimi həndəsənin qaydalarını nəzəriyyə kimi işləmişəm. Azərbaycan və Özbəkistan memarlıq abidələrindəki ornamentləri, memarlıq xüsusiyyətlərini və onların həndəsi molekulyar ornamentinin tətbiqini bu əsərlərdə göstərmişəm.

Bu ilin yayında Səmərqənddə oldum. Qədim abidələri, onların ornamentlərini çəkdim və Azərbaycan abidələrindəki ornamentlərlə müqayisə etdim, bunların təbii ki, oxşar və fərqli cəhətləri var və ornamentlərin hər biri gözəldir. Onu da deyim ki, Səmərqənddəki memarlıq abidələrində Azərbaycan memarlıq məktəbindən geniş istifadə olunub. Konkret olaraq Azərbaycandan gətirilən memarlar Səmərqənd abidələrinin tikintisində mühüm xidmətlər göstəriblər”.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.