• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Tale simfoniyası

Dərzi köməkçisi indi Zaranın sahibidir: Amancio Orteganın hekayəsi

12.11.2025
Tale simfoniyası, Xəbərlər
Dərzi köməkçisi indi Zaranın sahibidir: Amancio Orteganın hekayəsi
Share on FacebookShare on Twitter

Bəzən elə insanlar olur ki, adlarını az adam bilir, amma qurduqları imperiyalar hər küçədə, hər vitrinin işığında yaşayır. Zaranın yaradıcısı Amansio Ortega da onlardandır. Onun hekayəsi yoxluğun qəlbindən doğan bir möcüzənin səfəridir.

Fortunamag.az bildirir ki, 1936-cı ildə İspaniyanın kiçik bir qəsəbəsində dəmir yolçusu bir ata və evlərdə xidmətçi işləyən bir ananın oğlu kimi dünyaya gəldi. Uşaqlığı yoxsulluğun sərt küləkləri içində keçdi. Bir gün anasının bazarda bir parça çörək, bir az süd üçün satıcılara yalvardığını gördü. O an qəlbində bir qərar doğuldu: “Mənim həyatım belə olmayacaq”.

14 yaşında məktəbi tərk etdi. Gəncliyinin səsi tikiş sapının cızıltısına, parçanın sığalına və müştərinin arzularına qarışdı. Bir köynək mağazasında işləməyə başladı və həyatının istiqamətini dəyişəcək o fikri tapdı:

“Əgər uğur qazanmaq istəyiriksə, insanların nə istədiyini bilməliyik və onlara istədiklərini digərlərindən daha tez çatdırmalıyıq.”

Bu düşüncə illər sonra dünyanın ən sürətli moda sistemin yəni, Zaraya çevriləcəkdi. Ortega həyat yoldaşı Rozali ilə birlikdə evlərinin kiçik bir otağında tikiş maşınlarının səsi ilə arzularını yoğurdular. Sadə geyimlər tikirdilər, amma xəyal etdikləri həyat çox böyük idi.

1972-ci ildə “Confecciones Goa” adlı kiçik bir şirkət qurdular. Dörd il sonra isə ilk Zara mağazası qapılarını açdı. Çox keçmədən İspaniyanın hər küçəsində parlayan bir ada çevrildi. Çünki o, sadəcə geyim satmırdı, insanlara arzularını, istədikləri anda təqdim edirdi.

Zamanla daha böyük bir sistem qurdu. Inditex, Massimo Dutti, Bershka, Stradivarius, Pull & Bear, Zara Home…hamısı bir ağlın, bir fəlsəfənin budaqları idi. Bu gün Inditexin 6000-dən çox mağazası var. Hər biri Orteganın sadə, lakin dərin hikmətini daşıyır: “İnnovasiya və daimi inkişaf bizi gələcəyə aparan yoldur.”

Zaranın ilk xarici mağazası Portuqaliyada açılır. Ardınca Nyu-York, Paris, London və Çin gəlir. Türkiyə 1990-cı ildə Zaranın parıltısını ilk görən ölkələrdən biri olur.

2001-ci ildə Ortega şirkətini birjaya çıxardı və 600 milyon dollar qazandı. Beləcə, sadə bir ideya dünya markasına çevrildi. Bu gün Amansio Orteganın sərvəti 77 milyard dollardan çoxdur. O, İspaniyanın ən varlı adamıdır. Amma onun sadəliyi sərvətindən daha parlaqdır.

1999-cu ilə qədər onun bircə şəkli belə yox idi. Hər gün eyni geyim: mavi pencək, ağ köynək, boz şalvar. Hər səhər eyni kafedən kofesini alır, şirkət yeməkxanasında işçiləri ilə eyni masada oturur.

“Məni yalnız ailəm, dostlarım və mənimlə çalışan insanlar tanısın bu, mənə kifayətdir” , – deyir.

Madridin ən hündür binası Torre Picasso, Miami, Paris, London, Lissabon mülkləri onun mülkləridir. Amma ən böyük sərvəti isə səssiz zəhmətidir. Amansio Ortega bizə bir daha xatırladır ki, uğur nə taledir, nə də təsadüf. Uğur hər səhər “bacararam” deyə oyanmaqdır. Yoxluğun içində belə, ümidin ipini əldən buraxmamaqdır.

Hər dəfə Zara vitrininin önündən keçəndə, paltarlara bir az da diqqətlə baxın. Bəlkə o parçaların birində 14 yaşında bir oğlanın toxuduğu arzunun ipliyi gizlənib.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.