• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Dənizçilər üçün onlayn təlim imkanı yaradılıb

08.01.2026
Xəbərlər
Dənizçilər üçün onlayn təlim imkanı yaradılıb
Share on FacebookShare on Twitter

Beynəlxalq Dəniz Təşkilatının (BDT) MSC.560(108) nömrəli qətnaməsi rəhbər tutulmaqla, beynəlxalq məcəllənin müvafiq cədvəlinə yeni tələb əlavə edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Fortunamag.az-a bildirilib ki, sözügedən tələb “Zorakılıq və qısnama hallarının, o cümlədən seksual qısnama, bullinq və seksual hücum hallarının qarşısının alınmasına və onlara cavab tədbirlərinin görülməsinə töhfə vermək” mövzusunu əhatə edir.

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) həyata keçirdiyi yeniliyə əsasən “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” xüsusi hazırlıq şəhadətnaməsi əldə etmiş şəxslər qeyd olunan yeni tələbə uyğun hissə üzrə biliklərini onlayn formatda artırmaq imkanı əldə edirlər. Dənizçilər DDLA-nın yeni istifadəyə verdiyi “My Cabinet” rəqəmsal platformasına daxil olaraq “Təlimlər bölməsi”ndə müvafiq proqramda iştirak edə və təlimi uğurla başa vurduqdan sonra iştirakla bağlı elektron sertifikat əldə edə bilərlər. Həmin sənəd əsasında “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” xüsusi hazırlıq şəhadətnaməsini təlimlərdə iştirak olmadan birbaşa imtahanla yeniləmək imkanı yaranacaq.

Bu hazırlıq üzrə ilk dəfə təlim keçən şəxslər isə yalnız DDLA-nın uyğunluq haqqında şəhadətnamə verdiyi təlim-tədris mərkəzlərində təşkil olunan əyani təlimlərdə iştirak etməlidirlər.

Məlumat üçün bildirək ki, cari il ərzində beynəlxalq tələblərə uyğun dənizçilərin bilik və bacarıqlarının artırılması üçün yeni təlimlərin “My Cabinet” platformasına yerləşdirilməsi nəzərdə tutulur.

Beynəlxalq standartlara uyğun təlimlərin təşkili və rəqəmsal formada istifadəyə verilməsi Azərbaycan dənizçilərinin daxili və beynəlxalq sularda təhlükəsiz, fasiləsiz və beynəlxalq standartlara uyğun şəkildə fəaliyyət göstərməsinə, dəniz mühitində sağlam və təhlükəsiz iş şəraitinin formalaşdırılmasına, eyni zamanda dənizçilik sektorunda idarəetmənin səmərəliliyinin artırılmasına mühüm töhfə verəcək.

Qeyd edək ki, istifadəçilər “My Cabinet” platformasına DDLA-nın rəsmi internet səhifəsində təqdim olunan “Şəxsi kabinet” bölməsi, həmçinin birbaşa keçid linki vasitəsilə daxil ola bilərlər.

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.