• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

COP29 və COP30 rəhbərləri “Bakıdan Belenə Yol Xəritəsi”ni təqdim ediblər

06.11.2025
Xəbərlər
COP29 və COP30 rəhbərləri “Bakıdan Belenə Yol Xəritəsi”ni təqdim ediblər
Share on FacebookShare on Twitter

Azərbaycanın COP29 və Braziliyanın COP30 Sədrliyi “Bakıdan Belenə Yol Xəritəsi”ni təqdim edib. Bu sənəd 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün ildə ən azı 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin səfərbər olunmasına yönələn strateji planı əks etdirir.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29 Sədri Muxtar Babayev və COP30 Prezidenti, səfir Andre Korrea do Laqo vurğulayıblar ki, bu hədəfə çatmaq mümkündür, lakin bunun üçün ənənəvi maliyyə mənbələri ilə yanaşı yeni və innovativ mexanizmlərin də səfərbər olunması vacibdir.

Yol Xəritəsi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Bakı Maliyyə Hədəfi (“Baku Finance Goal”) çərçivəsində hazırlanıb. Sənəd Paris Sazişinin qəbulundan 10 il sonra iqlim maliyyələşdirilməsində növbəti mərhələyə keçid üçün əsas addım kimi qiymətləndirilir.

“Biz hərəkətə keçməliyik – və bu, indi baş verməlidir. 2030 və 2035-ci illərin hədəfləri bizə verdiyimiz vədləri reallığa çevirmək, planetimizi qorumaqla yanaşı, yeni iş yerləri yaratmaq və dayanıqlı rifahı təmin etmək imkanı verir”, – deyə COP29 Sədri Muxtar Babayev bildirib.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.