• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Ceyhun Bayramov Yunanıstanın səfiri ilə görüşüb

24.12.2025
İnkişaf, Xəbərlər
Ceyhun Bayramov Yunanıstanın səfiri ilə görüşüb
Share on FacebookShare on Twitter

Dekabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Mariya Papakonstantinu ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Fortunamag.az-a bildirilib ki, görüş zamanı səfir Mariya Papakonstantinu etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın mövcud vəziyyəti, habelə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət və hökumət başçılarımız arasında baş tutan təmasların və aparılan müzakirələrin əlaqələrimizin təməlini təşkil etməklə yanaşı, əməkdaşlığımıza təkan verdiyi bildirilib.

İkitərəfli siyasi dialoqun, o cümlədən Xarici İşlər nazirlikləri arasında siyasi və konsulluq məsləhətləşmələrinin mütəmadi qaydada keçirilməsinin əhəmiyyəti vurğulanıb.

İqtisadiyyat, ticarət, investisiyalar, ənənəvi və bərpaolunan enerji, nəqliyyat və tranzit, gəmiçilik, kənd təsərrüfatı, turizm və mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Azərbaycan ilə Yunanıstan arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Beynəlxalq və regional formatlar çərçivəsində qarşılıqlı etimada və bir-birinin legitim maraqlarına hörmətə əsaslanan əməkdaşlığın önəmi qeyd edilib.

Nazir Ceyhun Bayramov səfiri postmünaqişə dövründə regionda formalaşmış vəziyyət və yeni reallıqlar, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.

Səfir Mariya Papakonstantinu qəbul üçün təşəkkürünü ifadə edib və fəaliyyəti dövründə Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafına töhfə verilməsi məqsədilə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.