• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Ceyhun Bayramov Luka Bekkari ilə görüşüb

28.11.2025
İnkişaf, Xəbərlər
Ceyhun Bayramov Luka Bekkari ilə görüşüb
Share on FacebookShare on Twitter

Noyabrın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyaya rəsmi səfəri çərçivəsində San-Marinonun xarici işlər, siyasi məsələlər, beynəlxalq iqtisadi əməkdaşlıq və rəqəmsal keçid naziri Luka Bekkari ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Fortunamag.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə San-Marino arasında münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi üçün imkanların mövcud olduğunu vurğulayıblar.

Nazirlər iqtisadi-ticarət əlaqələrinin dərinləşdirilməsi, investisiya imkanlarının araşdırılması, turizm, təhsil və humanitar sahələrdə əməkdaşlığın təşviqi üçün qarşılıqlı maraq ifadə ediblər.

Nazir Ceyhun Bayramov Azərbaycanın regionda sülh və sabitlik naminə həyata keçirdiyi təşəbbüslər, Ermənistanla normallaşma prosesi, o cümlədən Vaşinqton Birgə Bəyannaməsi çərçivəsində əldə olunmuş razılaşmalar və işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə həmkarına məlumat verib.

Görüş zamanı, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də Yaxın Şərqdə vəziyyət, Rusiya-Ukrayna münaqişəsi və qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.