• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Ceyhun Bayramov gürcü həmkarı ilə danışıb

30.12.2025
İnkişaf, Xəbərlər
Ceyhun Bayramov gürcü həmkarı ilə danışıb
Share on FacebookShare on Twitter

Dekabrın 29-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili arasında telefon danışığı baş tutub

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Fortunamag.az-a verilən məlumata görə, nazirlər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər. Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin münasibətlərimizin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb. Növbəti ildə də yüksək səviyyəli siyasi təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər bölgədə ticarət və kommunikasiya məsələləri barədə müzakirə apararaq, bu istiqamətdə səyləri alqışlayıblar. Azərbaycan neft məhsullarının Gürcüstan üzərindən Ermənistana ixracı ilə bağlı tarif məsələsində əldə olunmuş razılığı məmnuniyyətlə qeyd edən nazirlər bu istiqamətdə işlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Ceyhun Bayramov Gürcüstan rəhbərliyinin operativ qaydada məsələni həll etdiyinə görə qarşı tərəfə təşəkkürünü bildirib.

Bununla yanaşı, digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazirlər qarşıdan gələn Yeni il bayramı münasibətilə səmimi təbriklərini çatdırıb, iki ölkə arasında münasibətlərin yeni ildə daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.