• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Bu il Beynəlxalq Muğam Mərkəzində yubiley tədbirləri və aşıq konsertləri ilə zəngin proqram təqdim olunacaq

09.01.2026
Mədəniyyət, Xəbərlər
Bu il Beynəlxalq Muğam Mərkəzində yubiley tədbirləri və aşıq konsertləri ilə zəngin proqram təqdim olunacaq
Share on FacebookShare on Twitter

Beynəlxalq Muğam Mərkəzinin 2026-cı il üçün planları kifayət qədər genişdir. Növbəti aylarda Xalq şairi Səməd Vurğunun 120, Xalq artisti Əlibaba Məmmədov və Əməkdar artist, görkəmli tarzən Sərvər İbrahimova həsr olunmuş tədbirlər keçiriləcək. Bununla yanaşı, bu ildən etibarən silsilə şəklində aşıq konsertli proqramların həyata keçirilməsi də nəzərdə tutulub. Bu proqramlar çərçivəsində dastanlar, qədim saz və aşıq havaları, vokal-instrumental ifalar təqdim olunacaq.

Bunu Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir. Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə qeyd edib ki,

“Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına Xor Kollektivinin yaranmasının 90 illik yubileyinin qeyd olunması ilə bağlı bu il üçün artıq silsilə tədbirlər planlaşdırılıb. Bu çərçivədə hər ay ən azı bir, bəzən isə bir neçə konseptual proqramın həm xorun, həm də orkestrin ifasında təqdim edilməsi nəzərdə tutulur. Yubiley tədbirləri təkcə paytaxtla məhdudlaşmayacaq, eyni zamanda, Azərbaycanın müxtəlif bölgələrində də keçiriləcək”.

Onun sözlərinə görə, proqramlarda bəstəkar musiqisinə, xor yaradıcılığına xüsusi yer ayrılacaq, muğam sənəti ilə yanaşı, milli musiqimizin digər janrları da geniş şəkildə təqdim olunacaq.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.