“Böyük Qayıdış”la sağlam gələcək: Səhiyyə Nazirliyinin səyyar tibbi aksiyası Cəbrayılda
Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.
Nazirlikdən Fortunamag.az-a verilən məlumata görə, növbəti belə tədbir noyabrın 14-ü baş tutub. Nazirliyin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti, o cümlədən artroloq, nevroloq, terapevt, pediatr, dermatoveneroloq, ginekoloq, fizioterapevt-reabilitoloq və tibb bacıları tərəfindən Cəbrayıl rayonunda əhali üçün səyyar müayinələr keçirilib.
Fortunamag.az
