Böyük Britaniyada GCSE Təkrar İmtahan Sistemi Yenidən Baxılacaq

Böyük Britaniya hökuməti, GCSE təkrar imtahan siyasətini yenidən nəzərdən keçirəcəyini açıqlayıb. Fortunamag.az “Theguardian”a istinadən xəbər verir ki,hal-hazırda, tələbələr uğursuz olduqları halda 18 yaşına qədər təkrar imtahan vermək məcburiyyətindədirlər. Lakin, bu yanaşmanın effektivliyi ilə bağlı narahatlıqlar artıb. Yeni təkliflər arasında, funksional bacarıq testləri və ya sürücülük imtahanlarına bənzər qiymətləndirmə üsullarının tətbiqi müzakirə olunur. Bu islahatlar, tələbələrin motivasiyasını artırmağı və təhsil sisteminin daha ədalətli olmasını hədəfləyir.
Fortunamag.az
